İslandiyanın səlahiyyətliləri və sakinləri ada respublikasının yeni rəhbəri, qadın prezident Halla Tomasdottirin həyat yoldaşına necə adlandıracaqları ilə maraqlanırlar.
"Unikal" xəbər verir ki, bu barədə İsveçin SVT telekanalı məlumat yayıb.
Bildirilir ki, adətən prezident kişi olanda onun həyat yoldaşına "Birinci xanım" adı verilir. Telekanal bununla bağlı ada sakinləri arasında sorğu da keçirib. İnsanlar xanım prezidentin ərinə nə ad veriləcəyini bilməyiblər.
Ölkə tarixində prezident vəzifəsini yalnız bir qadın - Vigdis Finnbogadottir (1980-ci ildən 1996-cı ilə qədər) tutub. O, da qalibiyyətindən sonra ərindən boşanıb. Buna səbəb onun həyat yoldaşına rəsmi ad qoyulmaması olub.
Hətta, telekanal süni intellektlə də məsləhətləşmələr aparıb. Ancaq indiyə qədər heç bir məqbul variant tapılmayıb.
İyunun 2-də İslandiyada keçirilən prezident seçkilərində sahibkar Halla Tomasdottir 34,3% səs toplayaraq qalib gəlib. İslandiya prezidenti birbaşa gizli səsvermə yolu ilə seçilir, seçkilər bir turda keçirilir. 35 yaşına çatmış respublika vətəndaşı dövlət başçısı ola bilər. Namizədlər siyasi partiyalar tərəfindən və ya özünün namizədliyi yolu ilə irəli sürülə bilər, bunun üçün onlar 1,5 mindən 3 minə qədər imza toplamalıdırlar. 18 yaşdan yuxarı İslandiya vətəndaşları və ölkədə daimi yaşayanlar səsvermə hüququna malikdirlər.
Gülayə Mecid