Yakutiyada Lena çayında “Parom-5” və “Kapitan Leontyev” adlı iki gəmi toqquşub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində içində sərnişinlər və nəqliyyat vasitələrinin olduğu gəmidə xəsarət alan olmayıb, yanacağın dağılmasının qarşısı alınıb.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (yol hərəkəti təhlükəsizliyi və daxili su nəqliyyatının istismarı qaydalarının pozulması) ilə cinayət işi açılıb.
Ağarza Elçinoğlu