Sumqayıt şəhər sakini 44 gündür itkin düşüb.

Bu barədə "Unikal"a Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsindən məlumat verilib.

Qeyd olunub ki, 2024-cü il aprelin 30-da Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev Yaşıldərə yaşayış massivində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

O, evdən çıxarkən əynində qara idman şalvarı, qara köynək və ayağında qara rəngdə idman ayaqqabısı olub.

Cavidan Əliyevi görən şəxslərdən (018) 65-4-02-02, (018) 65-5-76-65 nömrələrinə zəng etmələri xahiş olunur.

İtən şəxsin axtarışları davam etdirilir.