"Son günə qədər "Qarabağ müdafiə ordusu" Ermənistan hökumətinə tabe olub və Ermənistan Müdafiə Nazirliyinin struktur bölməsi olub".

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, bunu açıqlamasında qondarma rejimin keçmiş rəhbəri Samvel Şahramanayan deyib. 

"O ki qaldı bizim Qarabağda milyardlar dəyərində işlək silah qoyub çıxmağımıza -Nikol Paşinyan silahların kimin balansında olduğunu, bu silahlara kimin cavabdeh olduğunu, "Müdafiə ordusu"nun kimə tabe olduğunu özü çox yaxşı bilməlidir”, - deyə separatçı rejimin keçmiş başçısı bildirib. 

Şahramanyan onu da vurğulayıb ki, hərbi əməliyyatlar dayandırıldıqdan sonra bütün infrastruktur Azərbaycan hərbçilərinin nəzarətində olub.

Paşinyanın çox milyardlıq hərbi texnika və sursatla dolu arsenalları Azərbaycana təhvil verməkdə ittiham etdiyi Şahramanyan qeyd edib ki, həmin rəhbərlik hazırda Bakı həbsxanasındadır. 

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı qeyd edib ki, Qarabağdakı “klerikal-feodal elitası”nın nümayəndələri Azərbaycana milyardlar dəyərində hərbi texnika və sursat olan arsenallar təhvil veriblər.