Erməni arxiyepiskop Baqrat Qalstanyan “Vətən üçün Tavuş” hərəkatının iştirakçılarını iyunun 17-də saat 18:30-da Baqramyan prospektində toplaşmağa çağırıb.
"Unikal" xəbər verir ki, erməni keşiş aksiyanı həmin tarixə təyin etməsinin səbəbini belə açıqlayıb:
"Həmin gün parlamentdə növbədənkənar iclas keçiriləcək və orada deputatlar hökumətin istefası tələbinə baxmalıdırlar. Hökumətin “Mülki Müqavilə” fraksiyası artıq hökumətin iflasını bəyan edib. Qələbə qazanmaq üçün strategiyamızı dəyişməliyik".