Rusiya Prezidenti Vladimir Putin hərbçilərin analarına müraciət edib.

"Unikal" xəbər verir ki, o, cəsur döyüşçülər yetişdirən analara təşəkkür edib.

"Qəhrəmanların vaxtı" proqramının iştirakçıları ilə görüşdə qərargah rəisi, tabor komandirinin müavini Aleksandr Surazov deyib ki, o, dörd yaşında atasını itirib, anası əsl döyüşçü və vətənpərvər kimi yetişməsi üçün bütün varlığını qoyub. 

"Mən sizin ananıza və belə oğullar yetişdirən analara müraciət edərək təşəkkür etmək istəyirəm", - Putin deyib.