"Bu gün yalnız ilk addımı atsaq da, bu, çox yaxşıdır. Qarşıdakı oyunları da bu qələbə üzərində qura bilərik. Biz çox xoşbəxtik".
"Unikal" xəbər verir ki, bu sözləri Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann Avro-2024-ün açılış matçında Şotlandiyaya qalib gəldikləri görüşdən sonra mətbuat konfransında deyib.
O, 5:1 hesablı qələbəni belə şərh edib: “Bir neçə qol vurmağımız əladır. Bu, hər kəsdə xoş hisslər yaşadır. İlk 20 dəqiqədə çox üstün idik, dominant və aqressiv oynadıq. Demək olar ki, heç bir səhv etmədik. Matçın əvvəlində vurduğumuz qollar Şotlandiyanı çox təəccübləndirdi və qorxuya saldı. Azarkeşlər bizə indi bir az daha çox inanırlar. Komandamın hər bir üzvü tərifə layiqdir. Macarıstanla görüşdə daha fərqli Almaniya görəcəksiniz".
Qeyd edək ki, iyunun 19-da keçiriləcək Almaniya - Macarıstan oyunu saat 20:00-da başlayacaq.