Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT-yə üzv ölkələrin Xarici İşlər Nazirlikləri Rəhbərləri Şurasının iclasında iştirak etməyəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Qazaxıstanın sədrliyi ilə keçiriləcək sessiyada KTMT-yə üzv ölkələrin xarici işlər nazirlərinin beynəlxalq prosesləri, regiondakı vəziyyəti, xarici siyasət sahəsində koordinasiyanın gücləndirilməsi mexanizmlərini müzakirə edəcəyi, həmçinin təşkilat çərçivəsində çoxşaxəli əməkdaşlığı ümumiləşdirir. 

Şuranın KTMT Kollektiv Təhlükəsizlik Şurasının bu il noyabrın 28-də keçiriləcək növbəti sessiyası zamanı təsdiq üçün təqdim olunacaq bir sıra qərar layihələrini təsdiq edəcəyi gözlənilir.

Qeyd edək ki, iclas iyunun 21-də Qazaxıstanın paytaxtı Almatıda keçiriləcək. 

Ağarza Elçinoğlu