Türkiyənin Niğde vilayətinin Bor rayonunda sahibsiz itin bir adamı dişlədiyi məhəllədə karantin rejimi tətbiq olunub.
"Unikal" xəbər verir ki, Niğde Bələdiyyəsi yerli sakini iyunun 18-də sahibsiz it dişləməsi sonrası ərazidə quduzluqla bağlı karantin rejimi elan edib.
Xəstəxanada müalicəsi davam etdirilən H.Ş.-nin səhhəti yaxşıdır və nəzarətdə saxlanılır.
Həmçinin xəstəliklərin yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə əməl etməyənlərin inzibati qaydada cərimələnməsi barədə qərar qəbul edilib.
Ağarza Elçinoğlu