Dünyanın qabaqcıl universitetlərindən biri kimi tanınan ABŞ-nin Yale Universitetinin Qətər administrasiyasından milyonlarla dollar ianə aldığı üzə çıxıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Yale Universiteti 2012-ci ildən bu yana Qətərdən 15 milyon dollar maliyyə alıb və bu rəqəmin yalnız 284 min 668 dollarının qeyd edib. 

Universitetin bu pulu Qətər rejiminin maraqlarını dəstəkləmək və təsirini artırmaq üçün aldığı iddia olunur. 

ABŞ-də universitetlərin xarici fondlarını araşdıran İSGAP adlı təşkilatın araşdırmasında Yale Universitetinin vəsaitləri gizlətdiyi müəyyən edilib. ABŞ qanunlarına görə, universitetlər 6 ay ərzində 250.000 dollardan çox xarici fondlar və hədiyyələr barədə federal hökumətə hesabat verməlidirlər. 

ABŞ və Qətərdəki digər universitetlər arasında da oxşar razılaşmaların olduğu qeyd edilsə də, tərəflər mövzu ilə bağlı açıqlama verməyib. 

Gülayə Mecid