Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Maraqlıdır ki, bu telefon danışığı Ermənistanın müdafiə naziri Suren Papikyan Ermənistan-Fransa hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Parisdə olarkən baş tutub. 

"Unikal" xəbər verir ki, rusiyalı politoloq Stanislav Tarasov bu telefon danışığını şərh edib. 

Tarasovun sözlərinə görə, Moskva və Bakı hər vəchlə İrəvanın ağlını başına gətirməyə çalışırlar: "Türkiyə tərəfinin bəyanatına görə, Ərdoğanın Paşinyanı iyulun 16-da, Erməni Apostol Kilsəsinin bayramına uyğun olaraq Türkiyəyə səfərə dəvət etməsi son dərəcə vacibdir. Ərdoğanın gələn Vardavar münasibəti ilə Paşinyanı təbrik etməsi məlum idi, amma Paşinyanı Vardavar bayramında Türkiyəyə dəvət etməsinin özü çox maraqlı nüansdır".

Tarasov qeyd edib ki, Ərdoğanın bu dəvəti təsadüfi deyil. 

Ağarza Elçinoğlu