Şimali Koreya lideri Kim Çen Inın Pxenyana səfəri zamanı Vladimir Putinə verdiyi iki Pungsan itinə hələ də ləqəb verilməyib.

"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

Peskov dəqiqləşdirib ki, itlər KXDR-dən Rusiyaya aparılacaq, heyvanlar Moskvada yaşayacaq.

Xatırladaq ki, iyunun 19-da Kim Çen In Vladimir Putinə Şimali Koreyada yetişdirilən və yayılan nadir Pungsan cinsindən olan iki ov iti hədiyyə edib. Məlumata görə, cins Şimali Koreya canavarlarından yetişdirilmişdir.

Gülayə Mecid