Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinə iki Pungsan ov iti hədiyyə edib.

"Unikal" xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

KİV bildirir ki, bu, ölkədən kənarda heç kəsə məlum olmayan son dərəcə nadir cinsdir.

Bundan əvvəl Kim Çen In Rusiya prezidenti Vladimir Putinə KXDR-in ən yüksək dövlət mükafatı - Kim İr Sen ordenini təqdim edib. Mükafatlandırma mərasimi iyunun 19-da Pxenyanda baş tutub. Kim Çen In qeyd edib ki, Putinə ordeni təqdim etmək onun üçün “böyük şərəfdir”. O vurğulayıb ki, bu, Rusiya ilə Şimali Koreya arasında “münasibətlərin inkişafında xüsusi xidmətlərinə” görə Rusiya liderinə “sərhədsiz hörmət və etimadın” ifadəsidir.

Gülayə Mecid