Başına ağac düşən 21 yaşlı oğlan ölüb
"Unikal"ın məlumatına görə, hadisə Mingəçevir şəhərindəki məhəllələrdən birində baş verib. Mebel daşıyan 2003-cü il təvəllüdlü Ağdam rayon sakini Qasımzadə Rəvan İsmixan oğlunun başına güclü külək zamanı ağac aşıb. Gəncin həyatını xilas etmək mümkün olmayıb. O, hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov