Rusiyanın Amur bölgəsində "Robinson R-66" helikopteri qəzaya uğrayıb.

"Unikal" Rusiya mətbuatına istinadən  xəbər verir ki, səhər saatlarında pilotun nəzarəti altında və göyərtəsində üç sərnişin olan "Robinson R-66"  helikopteri havaya qalxıb. Lakin helikopter təyin olunmuş nöqtəyə çatmayıb.

Axtarış-xilasetmə işləri zamanı qəzaya uğrayan helikopterin yeri müəyyən edilib. Məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb.

Hadisənin baş vermə səbəbi araşdırılır.

Gülayə Mecid