Son zənglə bağlı neqativ hallar aşkarlanıb.

"Unikal" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, nəticələrlə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

"Son zəng tədbirlərindən sonra edilən bütün müraciətlər emal olunub. Bəzi rayon və şəhər məktəblərindən mürüciətlər daxil olub. Aidiyyəti şəxlərlə bağlı ölçü götürüləcək. Çünki məktəblərə öncədən tədbirin həm inzibati, həm də bədii hissəsi ilə bağlı təlimatlar verilmişdi. Təəssüf ki, bəzi hallarda bu tələblər pozulub" - deyə o qeyd edib.