“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli Sərəncamının icrası məqsədilə Niderland Krallığının Amsterdam şəhərində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan poçt markaları çap edilib.

"Unikal" xəbər verir ki, həmin ölkədə yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü və Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə buraxılan 300 ədəd markanın üzərində Naxçıvan Muxtar Respublikasının tarixi abidələrinin təsviri əks olunub.

Poçt markalarının buraxılmasında məqsəd niderlandlıları Naxçıvanın qədim tarixi ilə tanış etmək və 2024-ci ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinə diqqət çəkməkdir.

Qeyd edək ki, Amsterdamda “Azərbaycan inciləri” layihəsi çərçivəsində “Nizami Gəncəvi-880”, “Heydər Əliyev”, “Xarı bülbül”, “Rəşid Behbudov”, "Əminə Dilbazi", "Cövdət Hacıyev", “Kəlbəcərdə həlak olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov” adlı markalar çap edilib.