"Bugünkü rəqəmlərə baxsaq görərik ki, hər il yüzlərlə nikaha girmək istəyənlər arasında təhlükəli xəsətliklər aşkar olunur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərniə görə, həmin şəxslər nikaha girsələr böyük əksəriyyətinin uşağı ağır patologiya ilə dünyaya gələrdi. Komitə sədri bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qohum nikahlarından dünyaya gələn uşaqlar arasında xəstəliyə tutulma ehtimalı 2-3, hətta 4 dəfə artıqdır:

"Eyni zamanda 1 % uşaqlar arasında aşkarlanan qüsurlar, qohum evliliyi nəticəsində 9 % təşkil edir. Dünyada yaşayan insanların 10-12 %-i qüsurlu olanlardır. Onların da 40,5 %-i qohum nikahlarından dünyaya gələn uşaqlardır. Bunu təkzib etmək və ya haqq qazandırmaq mümkün deyil. Bəzən insanlar bu rəqəmlərə inanmır. Halbuki biz hər gün belə ailə faciələri ilə rastlaşırıq. Qohum nikahları əsasən irsi qan xəstəlikləri, dayaq hərəkət aparatının qüsuru, həm fiziki, həm də zehni qüsurlara yol açır. Bu kimi ailələrlə söhbət edəndə şahidi oluruq ki, nikahdan əvvəl heç bir tibbi müayinədən keçməyiblər”.

Anar Kəlbiyev