Aylardır davam edən İsrail-HƏMAS müharibəsi Qəzza bölgəsində qida və su qıtlığına səbəb olub.  Bunun fonunda ərazidə ağır xəstəliklər meydana gəlib. 

"Unikal" xəbər verir ki, bu barədə "Al Jazeera"ya Qəzza zolağının Cəbaliyya şəhərindəki "Kamal Ədvan" xəstəxanasının direktoru söyləyib.

Onun sözlərinə görə, əhali arasında baş qaldıran ağır xəstəliklər arasında hepatit C daha çox yayılıb.