Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaş qəbulu keçirib.  

"Unikal" xəbər verir ki, görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi şəkildə, keçirilən bu cür görüşlərin əsasında vətəndaş məmnunluğu dayanır.

Görüş zamanı sakinlər onları narahat edən məsələləri dilə gətirib, bir sıra təkliflərlə çıxış ediblər. Müraciətlər arasında işlə təminat, maddi yardım və digər  məsələlər üstünlük təşkil edib.

Səsləndirilən bir çox məsələ yerindəcə həllini tapıb. Bəzi müraciətlərlə bağlı aidiyyəti qurumların nümayəndələrinə, yerində baxış keçirməklə müvafiq araşdırma aparmaq və yaranmış problemləri həll etmək tapşırığı verilib.

Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.