Xəbər verdiyimiz kimi,  Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Qarabağ separatçılarının sonuncu “rəhbəri” Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə ediblər.

"Unikal" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunun fonunda Tavuş yeparxiyasının rəhbəri, müxalif “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan öz “Lexus” markalı avtomobilini Samvel Şahramanyana hədiyyə edib. 

Bildirilir ki, Qalstanyan “Lexus” markalı avtomobili ilə axşam saatlarında nümayəndəliyə gedərək avtomobilin açarını Şamramanyana verib. 

“Baş verənlər qəbuledilməzdir və qınana bilər. Mən öz maşınımı xalqımıza xidmət etmək üçün sizə bağışlamaq istəyirəm”, - deyə Qalstanyan bildirib.

Şahramanyan isə cavabında "Lazım deyil" desə də, "Bilirəm, amma bu, əhəmiyyətsiz, ucuz versiya ilə hər hansı bir şəkildə təzyiq göstərməyə çalışan insanlara aydın mesaj olmalıdır", - deyə Baqrat vurğulayıb.