Çinli mühəndislərin hazırladığı təkrar istifadə oluna bilən daşıyıcı raketin şaquli qalxma-enmə sınağı uğurla icra edilib.

"Unikal" xəbər verir ki, raket 12 kilometr hündürlüyə qalxdıqdan sonra yerə enib. Bu, daşıyıcı raketin ən hündür qalxma-enmə uçuşu olub.

“Çin kosmos elmləri və texnologiyaları” korporasiyasının nəzdindəki “Şanxay kosmos uçuşu texnologiyası akademiyası”nın hazırladığı raketin sınağı iyunun 23-də Ciüçüən kosmodromunda keçirilib. Maye oksigen-metan ilə çalışan və diametri 3,8 metr olan raketin ümumi uçuş müddəti 6 dəqiqə çəkib.

Çinli mütəxəssislər növbəti mərhələdə raketin 70 kilometr hündürlüyə qalxıb-enmə sınağını həyata keçirməyi planlaşdırıblar.