NATO müttəfiqləri Niderlandın Baş naziri Mark Rütteni NATO-nun Baş katibi seçiblər.
"Unikal" xəbər verir ki, Rüttenin namizədliyi NATO ölkələrinin Brüsseldəki səfirləri tərəfindən təsdiq edilib. Rəsmi təyinatın təşkilatın iyulda Vaşinqtonda keçiriləcək sammitində baş tutacağı gözlənilir.
Rüttenin səlahiyyət müddəti beş il təşkil edəcək. O, NATO-nun hazırkı Baş katibi norveçli Yens Stoltenberqi əvəz edəcək.