Amerikanın "Boeing" aerokosmik şirkətinin qalmaqallı "Starliner" hava gəmisi kosmosda köməksiz vəziyyətdə qalıb.

"Unikal" xəbər verir ki, NASA-nın iki astronavtını daşıyan gəminin müxtəlif nasazlıqlar səbəbindən havaya qalxa bilməyəcəyi bildirilib.

İyunun 6-da kosmos stansiyasına çatan və 1 həftə qalması ehtimal edilən vasitənin kosmosda 21-ci günü olduğu və yerə dönüşü dəfələrlə təxirə salındığı qeyd olunub.

Qayıdış tarixi isə hələlik məlum deyil.

Zərifə Nağıyeva