2021-ci ilin iyun ayında Ruben Vardanyan ona Ermənistan Respublikasının vətəndaşlığı verildiyi barədə məlumat verdi.
"Unikal" xəbər verir ki, bunu erməni siyasətçi Mane Tandilyan deyib.
Onun sözlərinə görə, bundan bir neçə gün sonra Ruben əlində pasportla Ermənistan Respublikasının vətəndaşı kimi erməni xalqına müraciət etdi: "Ruben Vardanyan bəlkə də dövrümüzün dünyasında Ermənistan Respublikasının ən məşhur vətəndaşıdır. Amma utanıram ki, Bakıda vətəndaşları həbsxanada olan bir ölkənin vətəndaşıyam".
Ağarza Elçinoğlu