NATO iyulda Vaşinqtonda keçiriləcək sammit zamanı Ukraynaya alyansa qoşulmaq üçün dəvət göndərmək niyyətində deyil.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin Şimali Atlantika Alyansındakı daimi nümayəndəsi Culian Smit məlumat verib.
O, "The Washington Post"a onlayn müsahibəsində deyib:
“Ukrayna bu iyulda alyansa qoşulmaq üçün dəvət almayacaq. ABŞ Ukraynanı NATO-ya yaxınlaşdırmağa davam edir. Alyans silahlı münaqişə vəziyyətində olan və sərhədlərini mübahisələndirən ölkələri təşkilata qəbul edə bilməz".