Aİ-nin qarşıdakı 10 il ərzində müdafiə üçün əlavə 500 milyard avroya ehtiyacı var.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Aİ-nin Brüsseldə keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
"Əgər hər şeyi nəzərə alsanız və ictimai məlumatlara əsaslansanız, növbəti 10 il ərzində bizə əlavə 500 milyard avro lazımdır", - deyə o qeyd edib.
Diplomatın sözlərinə görə, həmin pulu həm Aİ-yə üzv ölkələrin büdcəsindən, həm də Aİ fondlarından əldə etmək olar.
Ağarza Elçinoğlu