Bu gün altıncı çağırış Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.
"Unikal" xəbər verir ki, sessiya bağlı elan edildikdən sonra VI çağırış Milli Məclis işini yekunlaşdırıb.
Prezident İlham Əliyevin imzaladığı sərəncamla altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisi buraxılıb və növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.
Müxbir: Zərifə Nağıyeva
Video: Ayxan Malikov