Ermənistanda 21 yaşlı Ayk G. dava zamanı iki hərbçini bıçaqlayıb.

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, yaralı hərbçilər xəstəxanaya yerləşdirilib.

Hadisə iyunun 25-də Tavuş rayonunun Ayqedzor kəndinin mərkəzi küçəsində baş verib.

Ayk G. saxlanılıb.

Mübahisəyə səbəb avtomobilin mərkəzi küçədə sürətlə sürülməsi olub.