İsrail ordusundan kapitan və polkovnik-leytenant rütbəli təxminən 900 zabit təqaüdə çıxmaq üçün müraciət edib.
"Unikal" xəbər verir ki, İsrailin "Kanal 12" televiziyasında yayımlanan xəbərdə Qəzzaya hücumların başlamasından bu yana ordudan təqaüdə çıxmaq istəyən zabitlərin sayında təəccüblü artıma diqqət çəkilib. Xəbərə görə, 2023-cü ilin oktyabrın 7-dən orduda kapitan və polkovnik-leytenant rütbələrində təqaüdə çıxmaq istəyənlərin sayı 900-ə yaxınlaşıb.
Təqaüd şərtlərinə yenidən baxılmasını tələb edən sözügedən zabitlərin əsas səbəbi 7 oktyabr hücumları və ordunun legitimləşdirilməsidir. Son aylarda orduda komandanlıq səviyyələrində artan iğtişaşlar zaman-zaman ön plana çıxır.
İsrail ordusunda hər il kapitan və podpolkovnik rütbələrində orta hesabla 100-120 zabit təqaüdə çıxmaq istədiyi halda, son bir ildə sayının 9 dəfə artması orduda yeni böhran kimi qiymətləndirilir.
Gülayə Mecid