Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseri vilayətində dünən baş verən hadisələrlə bağlı açıqlama verib.
"Unikal" xəbər verir ki, bu barədə ölkə lideri iqtidar AK Partiyanın Yerli Rəhbərlikləri ilə görüşündə deyib.
"Cəmiyyətdə ksenofobiya və qaçqınlara nifrət yaratmaqla heç bir şeyə nail olmaq olmaz. Dünən Kayseridə kiçik bir qrupun törətdiyi faciəvi hadisənin səbəblərindən biri də müxalifətin zəhərli ritorikasıdır. İnsanın kimliyindən asılı olmayaraq, vandalizm törətmək, küçələrə od vurmaq yolverilməzdir", - deyə Ərdoğan əlavə edib.
Qeyd edək ki, Kayseridə Suriya vətəndaşının 5 yaşlı uşağa təcavüz etməsindən sonra, insanlar iğtişaşlar törədib. Suriya vətəndaşı həbs edilsə də, vətəndaşlar mənzil və marketləri dağıdıblar. Nəticədə 70-ə yaxın etirazçı saxlanılıb.
Ağarza Elçinoğlu