Rusiya bu gündən etibarən bir ay müddətinə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.
"Unikal" rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
Onun sözlərinə görə, Rusiya sədrliyi dövründə üç əsas tədbir planlaşdırıb.
Bildirilir ki, birinci iclasda daha ədalətli, demokratik və davamlı dünya nizamının qurulması üçün çoxtərəfli əməkdaşlıq üzrə açıq müzakirələr olacaq, Rusiya tərəfi, xüsusilə, yeni qlobal "təhlükəsizlik tənlikləri" məsələsinə toxunacaq. Tədbirin iyulun 16-da keçirilməsi planlaşdırılır.
İyulun 17-də Yaxın Şərq nizamlanması problemləri üzrə açıq müzakirələr keçirilməlidir.
İyulun 19-da BMT-nin Təhlükəsizlik Şurasının regional təşkilatlarla, yəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığı üzrə müzakirələri olacaq.