İsrail tərəfi son aylarda Qəzza zolağında saxlanılan 55 fələstinlini azad edib.

"Unikal" xəbər verir ki, sərbəst buraxılanlar arasında 2023-cü ilin noyabrında İsrail hərbçiləri tərəfindən saxlanılan "Əş-Şifa" xəstəxanasının rəhbəri Məhəmməd Əbu Səlmiyə də var. O, HƏMAS qruplaşmasına müəssisədən sığınacaq və əməliyyat planlaşdırmaq üçün baza kimi istifadə etməyə icazə verməkdə şübhəli bilinib.

Qeyd edək ki, aprel ayında İsrail Müdafiə Qüvvələri xəstəxanada hərbi əməliyyat keçirib, nəticədə 200-ə yaxın HƏMAS yaraqlısı öldürülüb, daha 500 şübhəli isə saxlanılıb.