Moldovanın Aİ bazarında aldığı qazın qiyməti iyunda 17 avro artaraq min kubmetr üçün 349 avrodan 366 avroya yüksələcək.
"Unikal" xəbər verir ki, bu barədə “Moldovaqaz” paylama şirkətinin rəhbəri Vadim Çeban bildirib.
Qeyd olunub ki, “Moldovaqaz” SC və “Energocom” SC arasında bağlanmış müqaviləyə əsasən, 2024-cü ilin iyul ayında alış qiyməti MVt/saata görə 34,43 avro təşkil edəcək ki, bu da ƏDV-siz min kubmetr üçün 366,34 avroya bərabərdir.