Mərhum rusiyalı müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Beynəlxalq İnsan Hüquqları Təşkilatının İnsan Hüquqları Fondunun (HRF) sədri seçilib.
"Unikal" xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib.
O bu vəzifədə şahmat üzrə dünya çempionu Harri Kasparovu əvəz edəcək.
Məlumatda qeyd olunur ki, “demokratik prinsiplərə və insan haqlarına sarsılmaz sadiqliyi, habelə ərinə sarsılmaz dəstəyi ilə tanınan” Navalnaya təşkilata “zəngin təcrübə və öhdəlik” gətirəcək.
Harri Kasparov 2012-ci ildən HRF-nin sədridir.
İnsan Haqları Fondu 2005-ci ildə venesuelalı film prodüseri və hüquq müdafiəçisi Tor Halvorsen Mendoza tərəfindən təsis edilib.