ABŞ-də Sinsinnati Universiteti yaxınlığında atışma baş verib.

"Unikal" bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, hadisə gecə saatlarında baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Ərazidə polis atışma səsi eşidib və hadisə yerinə yaxınlaşıb. Hadisədə şübhəli bilinən iki nəfər saxlanılıb, saxlanılanlardan biri yaralı olub.