Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya dünyanın ən bahalı idman avtomobillərindən biri olan "Bugatti Tourbillo" alıb.

"Unikal" xarici KİV-ə isitnadən məlumatına görə, Yelena Zelenskaya rəsmi təqdimatından iki həftə əvvəl yeni hiperkar nümayiş etdirilib. O, həmin avtomobili sifariş edib və eksklüziv "Bugatti"nin ilk sahibi olub.

Avtomobil Yelena Zelenskayaya 4,5 milyon avroya başa gəlib və avtomobil ona 2026-cı ildə veriləcək.

Ümumilikdə bu markalı 250 avtomobilin istehsalı planlaşdırılır.

Qeyd edilir ki, bu idman avtomobili saatda 445 kilometrə qədər sürət yığa bilir.