Türkiyədə daha bir nazir istefaya göndərilib.
"Unikal" xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca vəzifəsindən azad edilib. Bu barədə prezident Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.
Onun yerinə İstanbulun Səhiyyə Müdiri Kemal Memişoğlu təyin edilib.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki tutduğu vəzifədən istefa verib. Onun yerinə əvvəlki nazir Murad Kurum təyinat alıb.
Ağarza Elçinoğlu