Rusiya məhkəmə icraçıları ukraynalı oliqarx İqor Kolomoyskinin iki şirkətinin səhmlərini və onun 503 daşınmaz əmlakını müsadirə edərək ölkənin gəlirlərinə keçiriblər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
Bildirilir ki, qərarı Adıgeyin Koşexablski Rayon Məhkəməsi qəbul edib. “Yujqazenerji” MMC və “Katerinq-YUQ” MMC-nin səhmləri Kolomoyski və onun şəriklərinin ekstremist fəaliyyəti ilə bağlı Rusiyanın gəlirlərinə keçirilib.
May ayında həbsdə olan İqor Kolomoyskiyə qarşı yeni ittihamlar irəli sürülüb.
Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, iş adamını yeni istintaq materialları əsasında ömürlük həbs cəzası gözləyir. Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları kifayət qədər sübutlar toplayıb və müttəhimi adam öldürməyə cəhddə ittiham ediblər.
Gülayə Mecid