Yeni Zelandiyanın Şimali Kenterberi bölgəsində keçirilən pişik ov yarışı çərçivəsində 370 vəhşi pişik öldürülüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, tədbirin təşkilatçısı müsabiqənin əvvəlcə donuz ovu kimi planlaşdırıldığını, lakin pişiklərin sayının artması səbəbindən pişik ovuna çevrildiyini bildirib. Təşkilatçı bildirib ki, pişiklər daşıdıqları xəstəliklərə görə il ərzində 40 pişiyi öldürüblər. Yarışmada bir nəfər 65 pişiyi öldürərək 500 Yeni Zelandiya dolları qazanıb.