Poltava vilayətindəki Mirqorod aerodromunda Ukrayna Silahlı Qüvvələrinə məxsus 5 ədəd təyyarə məhv edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlayıb.
Nazirlik əməliyyatın obyektiv monitorinqinin görüntülərini dərc edib: "Rusiya Silahlı Qüvvələrinin “İskəndər-M” ekipajları Ukrayna Silahlı Qüvvələrinin Mirqorod aerodromuna qrup raket zərbəsi endiriblər. Beş "Su-27" qırıcısı operativ şəkildə məhv edilib və təmirdə olan iki çoxməqsədli eyniadlı qırıcı zədələnib".
Ağarza Elçinoğlu