Moskvanın Basmannı rayon məhkəməsi Ukraynanın keçmiş naziri Aleksandr Şlapak və çevik reaksiya qoşunlarının komandanı, Respublika Silahlı Qüvvələrinin general-leytenantı İqor Dovqanı iki ay müddətinə qiyabi həbs edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
Qeyd olunur ki, həbs müddəti onların Rusiya ərazisinə ekstradisiya edildiyi andan və ya ölkədə saxlandıqları andan hesablanacaq.
Ukraynalılar cinayət törətməkdə ittiham olunurlar. Bildirilir ki, Şlapak və Dovqan beynəlxalq axtarışa verilib.
2024-cü ilin yanvarında Rusiya İstintaq Komitəsi Şlapakı Donbassda “antiterror əməliyyatını” maliyyələşdirməkdə qiyabi ittiham edib.
Qeyd edək ki, Aleksandr Şlapak 2014-cü il fevralın 27-dən dekabrın 2-dək Ukraynanın maliyyə naziri vəzifəsində çalışıb.
Rusiya İstintaq Komitəsi bu ilin martında Dovqana qiyabi ittiham irəli sürüb. Departamentin məlumatına görə, onun “cinayətkar hərəkətləri” nəticəsində DXR və LPR-nin məskunlaşdığı əraziləri çoxsaylı atəşə tutub.
Gülayə Mecid