Rusiyanın Tallinndəki səfirliyi Estoniya Xarici İşlər Nazirliyinə etiraz notası göndərərək, onları sovet əsgərlərinin dəfn yerlərinin köçürülməsini dayandırmağa çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.
“Səfirlik Saaremaa adasındakı Tehumardi kəndində məzar daşlarının sökülməsi və onların altında basdırılmış Qırmızı Ordu əsgərlərinin qalıqlarının planlaşdırılmış eksqumasiyası ilə əlaqədar öz kəskin etirazını bildirir”, - deyə məlumatda bildirilir.
Vurğulanır ki, Rusiya tərəfi Estoniya Xarici İşlər Nazirliyinə nota göndərərək bu hərəkətləri dayandırmağa, eləcə də sovet hərbi abidələrinin dağıdılmasını dayandırmağa çağırıb.