Moskvada avtobusda partlayış baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunur ki, hadisə Dmitrovski rayonundakı avtobus dayanacağı yaxınlığında baş verib. Hadisəyə səbəb avtobusda qaz balonunun partlaması olub. 

Partlayış nəticəsində avtobusun sürücüsü yaralanıb. O, xəstəxanaya çatdırılıb. 

Ağarza Elçinoğlu