Gürcüstan Müdafiə Nazirliyi ölkənin şərqində hərbi təyyarənin qəzaya uğraması və pilotun ölümü ilə bağlı məlumatı təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən biri (Su-25) qəzaya uğrayıb. Qəza nəticəsində Müdafiə Qüvvələrinin aviasiya-hava komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub.

"Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparır", - məlumatda qeyd olunub. 

***

Gürcüstanın şərqində helikopterin qəzaya uğraması nəticəsində pilot həlak olub.

"Unikal" xəbər verir ki, bu  barədə "İnfo Rustavi" xəbər agentliyi məlumat yayıb. 

Hadisə bir neçə saat əvvəl baş verib. Gürcüstanın Daxili İşlər Nazirliyi hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Gülayə Mecid