Paşinyanın diqqəti Qarabağ məsələsinə deyil, daha çox daxili məsələlərə yönəlmişdi.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan əvvəllər mövcud olana davamlılıq verməli idi: "Amma o, elə ilk gündən səhvlərə yol verməyə başladı. Hakimiyyət dəyişikliyi zamanı daxili problemlərin həlli, insanların cəzalandırılması ilə bağlı çoxlu vədlər verdi və o, birinciyə diqqət yetirməyə başladı, onları cəzalandırmaq yoluna getdi ki, hakimiyyətini möhkəmlətsin. Bu, xarici aləmdə səhvlərə gətirib çıxardı və onların bütün kursu müharibəyə və bu gün bizdə olanlara səbəb oldu. Əgər o, əvvəldən diqqətini "Artsax" məsələsinin həllinə yönəltsəydi, bizim üçün onun sülh yolu ilə həlli, Ermənistanı birləşdirən Laçın dəhlizinin olması, həm də Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün real şansı olardı. Bunun üçün geniş imkanlar var idi.
Amma Paşinyan diplomatiyadan uzaq adam idi, başa düşmədi, ziddiyyətli bəyanatlar verdi... nəticə müharibə oldu, ondan sonra, ümumiyyətlə, bu proses "Artsaxın" tam itirilməsinə gətirib çıxardı və bu gün biz artıq Ermənistanın ərazi bütövlüyünün müəyyən hissəsini itirmək təhlükəsi ilə üz-üzəyik".
Ağarza Elçinoğlu