"Əgər Paşinyan "Artsax" Ermənistandır deməsəydi, həll yolu məqbul olardı".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.
"Bütün bunlar Azərbaycanı belə bir qənaətə gətirdi ki, Ermənistanın yeni lideri ilə danışıqlar mənasızdır, onu bir kənara qoyub məsələnin başqa həllini axtarmaq lazımdır. Və onlar görəndə ki, Ermənistan pilotsuz təyyarələrin alqı-satqısı təlaşındadır, güc seçimi ilə problemi həll etmək üçün bir nəticəyə gəldilər. Regionda hərbi balans tamamilə Azərbaycanın xeyrinə idi.
Bundan başqa, Azərbaycan Ermənistanın Qərblə, Rusiya ilə yanlış siyasət apardığını açıq şəkildə gördü. Bütün bunların içində Azərbaycan müharibəyə getməyə cəhd etdi. Başqa sözlə, hətta 2020-ci ildə də Paşinyan tərəfindən kobud səhvlər olmasaydı, müharibə üçün heç bir məntiqi əsas ola bilməzdi", - deyə diplomat açıqlayıb.
Ağarza Elçinoğlu