"Kayseridə baş verən çirkin hadisədən sonra ötən gecə ölkəmizin bəzi şəhərlərində suriyalılara qarşı təxribat xarakterli hərəkətlər həyata keçirilib".
"Unikal" xəbər verir ki, bunu Türkiyənin DİN rəhbəri Ali Yerlikaya açıqlayıb.
"Qanunsuz yollarla həyata keçirilən təxribat xarakterli hərəkətlərdən sonra 474 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən 285 nəfərin daha öncə müxtəlif cinayətlər (immiqrant qaçaqmalçılığı, xəsarət, narkotik, talama, oğurluq, əmlaka ziyan vurma, cinsi qısnama, dələduzluq, pul saxtakarlığı, hədə-qorxu, təhqir, azadlıqdan məhrum etmə və s.) törətdiyi müəyyən edilib", - deyə nazir əlavə edib.
Ağarza Elçinoğlu