Uttar-Pradeş ştatında dini toplantıda izdiham nəticəsində 121 nəfər ölüb, 28 nəfər yaralanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, dini vaiz Bhole Baba ilə görüşə 50 min insanın gəldiyi faciə yerində kriminoloqlar və məhkəmə ekspertləri işləyir. Hadisənin təşkilatçılarına qarşı iş açılıb. Polis fövqəladə vəziyyətdən sonra yoxa çıxan moizəçinin özünü axtarır.