Ədliyyə Nazirliyində yeni təyinatlar olub.

"Unikal" xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Seyfəlpaşa Əliyev nazirin müşaviri vəzifəsinə təyin olunub.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Rəfail Mehdiyev vəzifəsindən azad edilib. Onun yerinə isə Ədliyyə nazirinin müvafiq əmri ilə Cəmil Kamilli Tibb baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.